İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, heç bir xarici təzyiq ölkənin HƏMAS qruplaşması məhv edilənədək və girovların azadlığına nail olunana qədər onunla müharibəni davam etdirməsinə mane olmayacaq.
“Report” bu barədə “The Times of Israel”ə istinadən xəbər verir.
“Bizim bütün məqsədlərimizə çatana qədər, o cümlədən girovları azad etmək üçün razılığa gəlməmişdən əvvəl müharibəni bitirməyimiz üçün İsrailə daxildə və xaricdə güclü təzyiq göstərilir”, - o, İsrail ordusunun əsgərləri ilə görüşdə deyib.
"İsrail bütün hədəflərə çatana qədər müharibəni davam etdirməyə borcludur, yəni HƏMAS-ın məhvi, bütün girovları azad etmək və Qəzza zolağının artıq İsrail üçün təhlükə yaratmayacağına zəmanət vermək. Bu məqsədə mane olacaq (xaricdən və ya ölkə daxilində-red) belə bir təzyiq yoxdur", - Netanyahu əlavə edib.
Bizim Telegram kanalımıza abunə olun