IMG-LOGO

Dövlət Departamenti Türkiyənin Ukrayna üzrə danışıqların təşkilində rolunu yüksək qiymətləndirir

20.02.2024 22:44 49 baxış
IMG

Amerika administrasiyası Türkiyənin Ukrayna münaqişəsi üzrə danışıqların təşkilində rolunu yüksək qiymətləndirir.

"Report"un məlumatına görə, bunu brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim deyib.

“Biz Türkiyənin oynadığı rolu çox yüksək qiymətləndiririk, bildiyiniz kimi, Türkiyə NATO-nun əsas üzvüdür”, - o deyib.

O, həmçinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın münaqişə nəticəsində yaranmış ən böyük problemlərin həlli istiqamətində şəxsi səylərini qeyd edib. "Biz, məsələn, onun Qara dənizdə taxıl sövdələşməsinə dair şəxsi təşəbbüsünü yüksək qiymətləndiririk. Təəssüf ki, Vladimir Putin Prezident Ərdoğanın xoş niyyətinə cavab vermədi və taxıl müqaviləsi uğursuz oldu", - diplomat bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti