IMG-LOGO

Yəməndə husilərlə İŞİD silahlıları arasında ağır toqquşma olub

20.02.2024 20:33 68 baxış
IMG

Üsyançı husilərin “Ənsar Allah” hərəkatının təhlükəsizlik qüvvələri, Səna da daxil olmaqla, Yəməndə terror aktlar törətməyi planlaşdıran İŞİD silahlılarını zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə husilərə məxsus “Saba” agentliyi təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri Sənanın cənubunda yerləşən Əl-Beyda əyalətində əməliyyat keçirib, nəticədə İŞİD komandirləri zərərsizləşdirilib. Qruplaşma Yəmənin paytaxtı və bir neçə əyalətdə kamikadzelərin də iştirak edəcəyi bir sıra terror aktları törətməyə hazırlaşırmış.

Bundan əlavə, agentliyin mənbəsi ABŞ və Böyük Britaniya kəşfiyyatını radikal elementləri Əl Beyda əyalətinin rayonlarından birinə köçürməkdə günahlandırıb. Qeyd olunub ki, onlar orada cinayət fəaliyyəti ilə məşğul olublar, o cümlədən kənd sakinlərindən birini öldürüblər.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti