Macarıstanın xarici işlər naziri Peter Siyarto Qərbi Balkan ölkələrinin Avropa İttifaqına (Aİ) qısa zamanda qəbul edilməsinə çağırıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
P.Siyarto vurğulayıb ki, Aİ qapılarını açıb Qərbi Balkan ölkələrini qəbul edərsə, oraya kimin təsir göstərməyə çalışdığının artıq əhəmiyyəti olmayacaq.
O, həmçinin əlavə edib ki, avrointeqrasiya prosesinin ləngiməsi bu ölkələrin vətəndaşları arasında Aİ-yə qarşı məyusluğu və şübhəni artırır.
Bizim Telegram kanalımıza abunə olun