IMG-LOGO

Şahzadə Uilyam Qəzzada hərbi əməliyyatların dayandırılmasına və daimi sülhə çağırıb

20.02.2024 18:59 46 baxış
IMG

Böyük Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Uilyam Qəzza zolağında hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarı olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Bir çoxları kimi mən də müharibənin mümkün qədər tez bitməsini istəyirəm. Qəzza zolağına humanitar dəstəyin artırılmasına təcili ehtiyac var. Yardımın oraya çatması və girovların azad edilməsi çox vacibdir. Bəzən daimi sülhün əhəmiyyəti yalnız insan əzablarının böyük miqyası ilə üzləşdiyimiz zaman dərk edilir. Ən qaranlıq anımızda belə, ümidsizliyə qapılmamalıyıq. Mən daha parlaq gələcəyin olacağına ümid edirəm”, - o paylaşımda qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti