IMG-LOGO

84 seçki məmuru səsvermədən sonra öldü

20.02.2024 16:03 48 baxış
IMG

İndoneziyada prezident seçkilərindən sonra seçki komissiyalarının 84 üzvü yorğunluq və həddindən artıq işdən dünyasını dəyişib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Budi Qunadi Sadikin bildirib.

“İndiyədək ümumilikdə 84 nəfər dünyasını dəyişib”, - deyən nazir əlavə edib ki, ümumilikdə 4567 nəfərə yaxın seçki komissiyası üzvü həddən artıq işləmək səbəbindən müxtəlif xəstəliklərə və fəsadlara yoluxub.

Xatırladaq ki, 2019-cu ildə İndoneziyada 91 seçki məmuru ölüb, yüzlərlə insan xəstəxanaya yerləşdirilib. İndoneziya prezidenti Coko Vidodo ölənləri “demokratiya uğrunda döyüşənlər” adlandırıb. Bu hadisədən sonra ölkədə gələcəkdə seçki komissiyası üzvlərinin iş yükünün azaldılması üçün tədbirlər görülməsi qərara alınıb.

Xəbər lenti