Rusiyada məhkəmə "Crocus City Hall"dakı terror aktının dörd icraçısını ömürlük həbs cəzasına məhkum edib.
"Report" xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb.
İkinci Qərb Dairəvi Hərbi Məhkəməsinin qərarına əsasən, hər dörd nəfər ömürlük həbs cəzasının ilk 17 ilini həbsxanada keçirəcək, qalan müddət üçün xüsusi rejim nəzərdə tutulub.
Məhz ömürlük həbs cəzalarını dövlət ittihamçılığı Dalercon Mirzoyev, Şamsiddin Fariduni, Mühəmmədsabir Fayzov və Saidakrami Murodəli Racəbəlizoda üçün tələb etmişdi.
Xatırladaq ki, 2024-cü il martın 22-də axşam saatlarında Krasnoqorskda "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi "terror aktı" maddəsi ilə bağlı cinayət işi açıb.
Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq) həlak olub. Hadisəni törədən terrorçular Tacikistan vətəndaşları Şamsidin Fariduni, Saidakrami Murodali Raçabalizoda, Dalercon Mirzoyev və Muhammadsobir Fayzov həbs olunublar.