Beynəlxalq problemlər yalnız birgə səylərlə həll oluna bilər.
"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya XIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlətlər beynəlxalq əməkdaşlığı gücləndirməli, gələcək naminə BMTpaktına sadiq qalmalıdırlar:
"Çoxtərəfli diplomatiyanın mərkəzi olan BMT-nin Cenevrədəki ofisi beynəlxalq həllərə dəstək göstərir. Biz dünyanın ən vacib problemlərini birlikdə həll etməyə çalışırıq. Beynəlxalq sistem bizi narahat etsə də, BMT-nin həmrəylik, dialoq, əməkdaşlıq prinsipləri gündəmdədir. Dünyanı birləşdirmək üçün yeni əməkdaşlıqlar qurmalı, problemləri həll edə bilək".
Xatırladaq ki, Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycanda keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi forumda müxtəlif ölkələrdən Azərbaycana gələn nümayəndələr dünyadakı proseslər, qlobal təhlükəsizlik, güc balansı, beynəlxalq hüquq və digər məsələlər ətrafında müzakirələr aparırlar.