Beynəlxalq ictimaiyyət Ermənistanla münaqişənin nizamlanması məsələsində Azərbaycana qarşı seçici yanaşma tətbiq edirdi.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
"Biz beynəlxalq ictimaiyyətin kifayət qədər diqqət ayırmamasından və münaqişənin nizamlanması ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların seçici yanaşmasından əziyyət çəkirdik", - o bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının (işğal olunmuş Azərbaycan ərazilərindən - red.) çıxarılmasını tələb edən qətnamələri demək olar ki, 30 il ərzində yalnız kağız üzərində qalması ilə üzləşmişdi.
"Bizim halımızda suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa edənə qədər uzun illər, demək olar ki, 30 il tələb olundu. Biz bunu BMT Nizamnaməsinə, özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəyə uyğun olaraq etdik", - İlham Əliyev əlavə edib.
Məlumat yenilənir