Dünyada yeni gərginlik ocaqları və uzunmüddətli münaqişələrin mövcudluğu beynəlxalq təhlükəsizlik sisteminə və beynəlxalq hüquqa təhlükə yaradır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda çıxış edərkən bildirib.
"Beynəlxalq hüquq normalarına riayət olunmadıqda, dövlətlərin ərazi bütövlüyü pozulduqda və beynəlxalq təşkilatların qərarlarına məhəl qoyulmadıqda, bu, beynəlxalq nizamın əsaslarını sarsıdır", - İlham Əliyev deyib.
Prezident qeyd edib ki, müxtəlif böhranlar və digər prosesləri yaşamış bir ölkə kimi Azərbaycanın təcrübəsi beynəlxalq ictimaiyyət üçün faydalı ola bilər:
"İşğalı, etnik təmizləmələri və soyqırımı yaşamış, öz suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc yolu ilə bərpa etmiş, daha sonra isə məğlub edilmiş düşmənə sülh təklif etmiş bir ölkənin unikal təcrübəsi - bu, bizim beynəlxalq ictimaiyyətlə bölüşə biləcəyimiz bir təcrübədir".