Dünyada artan gərginlik şəraitində qlobal proseslərin açıq şəkildə müzakirəsi üçün platformaların olması xüsusilə vacibdir.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın sabiq prezidenti Gergi Marqvelaşvili (2013-2018-ci illər) XIII Qlobal Bakı Forumunun kuluarlarında bildirib.
Onun sözlərinə görə, forum iştirakçıları dünyada baş verən prosesləri müzakirə etmək üçün böyük maraqla bir araya gəlirlər:
"Buraya xüsusi təcrübəyə malik xüsusi insanlar toplaşır. Belə narahatedici anlarda bir-birimizlə görüşmək və həm regionumuzun, həm də dünyadakı bütün siyasi proseslərin gələcəyini müzakirə etmək imkanına görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edirəm".