Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadıb. Məhdudlaşdırıcı tədbirlər 2025-ci il fevralın 24-dək qüvvədə olacaq.
“Report” xəbər verir ki, bununla bağlı məlumat Aİ-nin rəsmi jurnalında dərc olunub.
“Məhdudedici tədbirlər daha 12 ay müddətinə uzadılıb”, - məlumatda qeyd edilib.
Vurğulanıb ki, söhbət Ukraynanın Rusiya tərəfindən ilhaq edilmiş əraziləri - Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri ilə bağlı tətbiq edilən sanksiyalardan gedir.
Bizim WhatsApp kanalımıza abunə olun