BMT-nin baş katibi Antonio Quterreş Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşəcək.
"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə baş katibin sözçüsü Stefan Dujarrik ənənəvi mətbuat kornfransıda bildirib.
S.Dujarrikin sözlərinə görə baş katibin Türkiyəyə səfərinin məqsədi Ramazan ayında Türkiyə xalqı ilə həmrəylik nümayiş, ölkənin qaçqınlara ev sahibliyi etməklə göstərdiyi səxavəti vurğulamaqdır: "Səfər çərçivəsində baş katib bir sıra yüksək səviyyəli görüşləri də nəzərdə tutulur. Baş katibin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşəcək. Görüşlərdə BMT ilə Türkiyə arasındakı tərəfdaşlıq münasibətləri, həmçinin regiondakı vəziyyət müzakirə olunacaq".
O, qeyd edib ki, A.Quterreş Atatürk Beynəlxalq Sülh Mükafatı"na layiq görülüb. Hazırda Türkiyədə səfərdə olan baş katibə mükafat Ankarada dünyada fəaliyyət göstərən BMT əməkdaşları adından veriləcək.
Sözçü əlavə edib ki, Antonio Quterreş iftar süfrəsində də iştirak edəcək.