IMG-LOGO

Gia Volski: Gürcüstan ərazisi sanksiyalardan yayınmaq üçün istifadə olunmayacaq

11 Mar 2026 18:31 4 baxış
IMG

Gürcüstan ərazisi sanksiyalardan yayınmaq üçün istifadə olunmayacaq

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkə parlamentinin birinci vitse-spikeri Gia Volski bildirib.

Onun sözlərinə görə, Gürcüstan öz ərazisinin Rusiya, İran və ya sanksiya altında olan hər hansı şirkətin sanksiyalardan yayınmasına kömək etmək üçün istifadə olunmayacağına dair öhdəlik götürüb və bu öhdəlik yerinə yetirilir.

Birinci vitse-spiker qeyd edib ki, ölkə bu öhdəlikləri artıq uzun müddətdir, üzərinə götürüb.

Volskinin sözlərinə görə, Kulevi neft terminalının sanksiyaya salınması məsələsi daha çox siyasi kontekstdə gündəmə gətirilmişdi.

O, həmçinin iddia edib ki, müəyyən qruplar Gürcüstana qarşı sanksiyaların tətbiqinə nail olmağa çalışır və ölkənin beynəlxalq münaqişələrə cəlb edilməsini istəyirlər. Kulevi terminalı ilə bağlı müzakirələr də bu cür kampaniyanın nümunələrindən biridir.

Xəbər lenti