IMG-LOGO

Azərbaycanda 22 şəhər və rayonda İpoteka Fondunun xəttilə kredit verilməyib

11 Mar 2026 12:21 5 baxış
IMG

Bu il yanvarın 1-nə qədər Azərbaycanın 22 şəhər və rayonunda İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə kredit verilməyib.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bunlar Naxçıvan Muxtar Respublikasındakı Sədərək, Şərur, Kəngərli, Babək, Şahbuz, Culfa, Ordubad rayonları, işğaldan azad edilmiş Zəngilan, Qubadlı, Cəbrayıl, Xocavənd, Füzuli, Xocalı, Laçın, Kəlbəcər, Ağdərə və Şuşa rayonları, Xankəndi şəhəri, eləcə də Saatlı, Hacıqabul, Xızı, Ağsu rayonlarıdır.

2025-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları 442,8 milyon manat məbləğində 4 309 kredit, o cümlədən, 347,2 milyon manat məbləğində 3 153 adi ipoteka krediti və 95,6 milyon manat məbləğində 1 156 güzəştli ipoteka krediti verib.

Bununla da qurumun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 3,76 milyard manatı keçib ki, bu da 56 800-dən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan verib.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 1 yanvar 2026-cı il tarixinə Fond 139,9 milyon manat məbləğində 1 490 ipoteka krediti üzrə zəmanət verib.

Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 %-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22 %-ə yaxını isə regionların payına düşüb.

Xəbər lenti