Tehranda 28 fevraldan etibarən ABŞ və İsrailin zərbələri nəticəsində ən azı 460 nəfər həlak olub və 4 mindən çox adam yaralanıb.
"Report"un məlumatına görə, bu barədə "Al-Jazeera" telekanalı Tehranın təcili tibbi yardım departamentinin rəhbəri Mehr Soruşa istinadən xəbər verir.
Soruş həmçinin bildirib ki, 28 fevraldan etibarən paytaxta endirilən zərbələr nəticəsində 18 təcili yardım maşını və 18 təcili yardım bazası zədələnib.
Qeyd edək ki, fevralın sonundan bəri ABŞ və İsrailin hücumları nəticəsində bütün İran ərazisində 1 200-dən çox adam həlak olub və 10 000-dən çox adam yaralanıb.