IMG-LOGO

Peskov: Ukrayna üzrə üçtərəfli görüş gözlənilmir

10 Mar 2026 14:34 2 baxış
IMG

Bu həftə ABŞ-Rusiya-Ukrayna üçtərəfli danışıqlarının növbəti raundunun keçirilməsi gözlənilmir.

"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ukrayna üzrə üçtərəfli danışıqların davam etdirilməsi üçün hələ ki konkret tarix və yer yoxdur", - o deyib.

D.Peskovun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı zamanı qeyd edilib ki, hamı Ukrayna üzrə üçtərəfli danışıqlarda maraqlıdır, ABŞ isə bu məsələ üzrə vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu ifadə edib.

O qeyd edib ki, Tramp Putinlə danışığında Ukraynada atəşkəs barədə xahiş etməyib.

Xəbər lenti