IMG-LOGO

Qırğızıstanın FHN rəhbəri rüşvət ittihamları səbəbilə işdən çıxarılıb

10 Mar 2026 14:51 2 baxış
IMG

Qırğızıstan Prezidenti Sadır Japarov Urmatbek Şamırkanovun fövqəladə hallar naziri vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.

"Report"un məlumatına görə, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti bildirib.

Urmatbek Şamırkanov 19 fevral 2026-cı ildə fövqəladə hallar naziri vəzifəsinə təyin edilmişdi.

Dövlət başçısının digər fərmanı ilə Kanatbek Çınıbayev FHN rəhbərinin vəzifəsini icra edən təyin edilib.

Çınıbayevin namizədliyi ölkənin fövqəladə hallar naziri vəzifəsinə sonrakı təyinat üçün Joqorku Keneşə (parlamentə) razılaşdırılmaya təqdim olunacaq.

Prezidentin mətbuat katibi Askat Alaqozov sosial şəbəkədəki səhifəsində Urmatbek Şamırkanovun FHN rəhbəri vəzifəsindən azad edilməsinin səbəblərini izah edib.

Onun sözlərinə görə, qərar Şamırkanovun nazir müavini vəzifəsində çalışdığı dövrdə rüşvət alması ilə bağlı şübhələrlə əlaqədardır.

Xəbər lenti