IMG-LOGO

Ermənistanın Xarici Kəşfiyyat Xidməti seçkilərə xarici müdaxilə barədə məlumat yayıb

10 Mar 2026 12:50 3 baxış
IMG

Ölkələrdən birində Ermənistan vətəndaşlarına təzyiq halları və qarşıdakı seçki proseslərinə müdaxilə cəhdləri qeydə alınıb.

"Report"un erməni KİV-lərinə istinadən xəbər verdiyinə görə, bu barədə Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin bəyanatında deyilir.

"Xarici Kəşfiyyat Xidməti müəyyən bir ölkədə müxtəlif şəxslərin həmin dövlətin xüsusi xidmət orqanlarının adından çıxış edərək, bu ölkədə iqtisadi fəaliyyət göstərən erməni mənşəli şəxslərə və Ermənistan Respublikası vətəndaşlarına təzyiq göstərməyə çalışdıqları, onları Ermənistanda qarşıdakı parlament seçkilərində iştirak etmək niyyətini elan etmiş bəzi siyasi qüvvələrin dəstəklənməsi üçün addımlar atmağa sövq etdikləri barədə kəşfiyyat məlumatları alır", - bəyanatda deyilir.

Qeyd olunur ki, görülən tədbirlər bu iş adamları tərəfindən adıçəkilən siyasi qüvvələrə maliyyə və təşkilati dəstəyin göstərilməsi ilə məhdudlaşmır.

Xəbər lenti