IMG-LOGO

Dövlət Baxçalı: Türkiyə və ya Azərbaycan hava məkanında yolunu itirmiş raket görmək istəmirik

10 Mar 2026 12:01 6 baxış
IMG

Türkiyə Böyük Millət Məclisinin üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə və ya Azərbaycan hava məkanında istiqamətini və yolunu itirmiş raket görmək istəmədiyini bildirib.

"Report" Haber Global-a istinadən xəbər verir ki, o bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında deyib.

Baxçalının sözlərinə görə, Türkiyə qonşuluq hüququnu qorumaq istəyir:

"Lakin Türkiyə elə bir ölkə deyil ki, istəyən raket atsın. Bunu açıq şəkildə bildiririk. Bir daha Türkiyə və ya Azərbaycan hava məkanında istiqamətini və yolunu itirmiş bir raket görmək istəmirik".

Qeyd edək ki, İrandan müxtəlif vaxtlarda Türkiyə hava məkanına daxil olan iki raket NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Xəbər lenti