IMG-LOGO

Ağdamda sement və beton qatqıların istehsalı müəssisəsi yaradılır

19.02.2024 14:09 72 baxış
IMG

"Qreys.A." MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, şirkət Parka 6,5 milyon manat investisiya yatıraraq sement və beton qatqıların istehsalı müəssisəsi yaradacaq.

"Müəssisədə 35 daimi iş yerinin yaradılması nəzərdə tutulur", - deyə o qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti