Prezidentimizin sayəsində hava yolumuz açıldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da təşəkkür edirik. O da bu məsələdə çox dəstək oldu. Yolumuz bağlananda ikinci yolumuz məhz Türkiyədən, İğdırdan oldu.
"Report"un yerli bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakı-Naxçıvan-Bakı reysi bərpa olunduqdan sonra həmin reyslə Naxçıvana qayıdan ilk sərnişinlərdən olan Lətif Mehdiyev deyib.
Sərnişin yeddi ildir ki, Naxçıvana gəlmədiyini deyib: "Uzun müddətdən sonra Naxçıvan Muxtar Respublikasına gəlişim bu günə təsadüf etdi. Düşünürəm ki, ayağım uğurlu oldu, reyslər bərpa edildi. Bir daha dövlətimizə bizim üçün yaradılan şəraitə görə minnətdarlıq edirəm".