IMG-LOGO

Azərbaycana Asiya ölkələrindən turist axını 12 %-ə yaxın azalıb - ARAŞDIRMA

07 Mar 2026 17:00 6 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycan Asiya ölkələrindən 35 min 616 turist qəbul edib.

"Report"un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % azdır.

Yanvar ayında region üzrə turist axınının strukturu bir qədər dəyişib. Belə ki, Cənubi Asiyadan gələnlərin sayı 27,1 % azalaraq 17 min 1 nəfər, Mərkəzi Asiyadan gələnlərin sayı 13,5 % artaraq 14 min 521 nəfər, Şimali-Şərqi Asiyadan gələnlərin sayı 3,4 % artaraq 3 min 85 nəfər, Cənub-Şərqi Asiyadan gələnlərin sayı isə 17,3 % azalaraq 1 009 nəfər olub.

Cənubi Asiya ölkələri arasında ən çox turist Hindistandan olub – 9 min 070 nəfər. Lakin bu istiqamətdə 46,9 % azalma qeydə alınıb. Pakistandan 6 min 758 nəfər (+28,2 %), Şri Lankadan 573 nəfər (+52 %), Banqladeşdən 305 nəfər (-22,8 %), Nepaldan 195 nəfər (+8,3 %), Maldivdən 93 nəfər (6,2 dəfə çox), Əfqanıstandan isə 7 nəfər (+75 %) turist gəlib.

Mərkəzi Asiya ölkələri arasında isə ən çox turist Qazaxıstandan olub - 5 min 676 nəfər. Bu istiqamətdə 2,5 % artım qeydə alınıb. Özbəkistandan 5 min 130 nəfər (+72,3 %), Türkmənistandan isə 2 min 282 nəfər (-20,2 %), Qırğızıstandan 758 nəfər (+23,5 %), Tacikistandan 675 nəfər (-16,1 %), turist gəlib.

Şimali-Şərqi Asiya ölkələri arasında isə ən çox turist Çindən olub – 2 min 595 nəfər. Bu istiqamətdə 0,3 % azalma qeydə alınıb. Cənubi Koreyadan 273 nəfər (+28,8 %), Yaponiyadan 171 nəfər (+17,9 %), Monqolustandan 46 nəfər (2 dəfə çox) turist gəlib, Şimali Koreyadan isə turist axını dayanıb. Sonuncu dəfə 2024-cü ildə həmin ölkədən 12 nəfər turist gəlmişdi.

Cənub-Şərqi Asiya ölkələri arasında isə ən çox turist Filippindən olub - 519 nəfər. Bu istiqamətdə 31,6 % azalma qeydə alınıb. İndoneziyadan 205 nəfər (+1,5 %), Malayziyadan 161 nəfər (+3,9 %), Sinqapurdan 50 nəfər (-7,4 %), Taylanddan 46 nəfər (+24,3 %), Vyetnamdan 24 nəfər (2 dəfə çox), Kambocadan 2 nəfər (ötən ilin yanvar ayında turist gəlməyib), Bruneydən 1 nəfər (eyni qalıb), Laosdan isə 1 nəfər (ötən ilin yanvar ayında olmayıb) turist gəlib.

Yanvarda Azərbaycana 181 637 əcnəbi vətəndaş səfər edib ki, bu da 1 il əvvələ nisbətən 8 984 nəfər və yaxud 5 % çoxdur.

Xəbər lenti