İranda ailə münaqişəsi zamanı 12 nəfər öldürülüb, 3 nəfər yaralanıb.
Lent.az MOUZE teleqram kanalına istinadla bildirir ki, hadisə Kerman vilayətinin cənubunda qeydə alınıb. Ailə münaqişəsi zəminində bir ailənin 12 üzvü avtomatla güllələnərək öldürülüb, 3 nəfər isə yaralanıb. Hadisənin motivləri məlum deyil.
Ölənlər arasında bir neçə uşaq və qadın da var. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər aparılır.