IMG-LOGO

Özbəkistan Müdafiə Doktrinasını və Milli Təhlükəsizlik Konsepsiyasını yeniləmək niyyətindədir

13 Jan 2026 16:50 5 baxış
IMG

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müasir müharibələrin xarakterindəki köklü dəyişikliklərlə əlaqədar ölkənin Müdafiə Doktrinasına və Milli Təhlükəsizlik Konsepsiyasına yenidən baxılmasının zəruriliyini bəyan edib.

"Report" Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o bu barədə bu gün respublikanın Təhlükəsizlik Şurasının iclasında deyib.

Qeyd olunub ki, prezident səkkiz il əvvəl qəbul edilmiş Müdafiə Doktrinasına, eləcə də 1997-ci il tarixli Milli Təhlükəsizlik Konsepsiyasına yenidən baxılmasını tapşırıb.

Onun sözlərinə görə, yeni doktrina Özbəkistanın hərbi bloklara qoşulmamaq statusunu qorumalı, çoxtərəfli diplomatiyaya əsaslanmalı, ordunun texnoloji yenilənməsi və qabaqcıl hərbi həllərin tətbiqinə töhfə verməlidir.

İclasda qeyd edilib ki, ötən illər ərzində ölkədə müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində genişmiqyaslı işlər aparılıb. Milli ordu müasir silah və texnika ilə təchiz edilir, hərbçilərin döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsi artırılır, müdafiə sənayesi potensialı gücləndirilir.

Bundan başqa, orduda yeni taktiki üsullar tətbiq edilib, təlimlərin sayı və intensivliyi 1,5 dəfə artırılıb, pilotsuz uçuş aparatları bölmələri və mütəxəssislərin hazırlıq mərkəzləri yaradılıb.

Xəbər lenti