IMG-LOGO

Şəxsiyyət vəsiqəsində illəri “silən” ulduzlar: Kimlər yaşını gizlədib?

24 Sep 2026 17:19 2 baxış
IMG
14 0

Şou-biznes dünyasında yaş məsələsi həmişə diqqət çəkən mövzulardan biri olub. Bəzi məşhurlar illər ərzində doğum tarixləri barədə fərqli məlumatların yayılması, bəziləri isə yaşları ilə bağlı zarafatları ilə gündəmə gəliblər.

Lent.az xarici mediaya istinadla yaşını gizlədən məşhurların siyahısını təqdim edir.

Madonna

Madonnanın bioqrafiyasındakı bəzi tarixlərin illər ərzində fərqli təqdim edildiyi diqqətdən yayınmayıb. Pərəstişkarları onun ilk qastrolları və karyerasının başlanğıcı ilə bağlı məlumatları müqayisə edərkən bəzi uyğunsuzluqlar olduğunu bildiriblər. Bu səbəbdən müğənninin yaşını müəyyən dövrlərdə olduğundan daha az göstərdiyi barədə iddialar ortaya çıxıb.

Şer

Merikalı müğənni Şer isə yaş mövzusuna daha çox yumorla yanaşıb. Müğənni müxtəlif müsahibələrində zarafatla həmişə 29 yaşında olduğunu söyləyib. Şer yaşlanmaqla bağlı stereotiplərə qarşı çıxan məşhurlardan biri kimi də tanınır.

Bork

İslandiyalı müğənni Byork dünya şöhrəti qazanmağa başladığı dövrdə onun doğum tarixi ilə bağlı müxtəlif məlumatlar yayılıb. Müsahibələrdə və bəzi reklam materiallarında fərqli doğum tarixlərinin göstərilməsi müğənninin yaşı ilə bağlı uzun müddət müzakirələrə səbəb olub.

Niki Minaj

Müəyyən dövrlərdə müsahibələrdə və rəsmi materiallarda onun doğum ili həqiqi tarixdən fərqli göstərilib. Reperin təxminən iki yaş daha gənc təqdim edildiyi iddia olunub.

Beybi Spays

"Spice Girls" qrupunun üzvü Emma Banton “Baby Spice” obrazı ilə məşhurlaşıb.

Məlumatlara görə, qrupun fəaliyyətinin ilk illərində onun “qrupun balacası” obrazını daha inandırıcı göstərmək üçün menecerlər yaşını bir neçə il daha az təqdim ediblər.

“Baby Spice” obrazı sonradan Emma Bantonun səhnə imicinin ayrılmaz hissəsinə çevrilib və "Spice Girls"un ən tanınmış obrazlarından biri kimi yadda qalıb.

 

məşhurlar şou-biznes ulduzlar

Mənbə: lent.az

Xəbər lenti