IMG-LOGO

111 kilo narkotikin PUA ilə Azərbaycana keçirilməsinin qarşısı alındı

24 Sep 2026 11:37 2 baxış
IMG
1 0

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 111 kiloqram 200 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Lent.az-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində uçuş aparatı vasitəsilə sentyabr ayının 22-də dövlət sərhədindən ölkə ərazisinə keçirilməsinə cəhd edilən 57 kiloqram 500 qram, sentyabrın 24-də isə 53 kiloqram 700 qram narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hadisələr narkotik sərhəd İranla sərhəd PUA

Mənbə: lent.az

Xəbər lenti