IMG-LOGO

DİQQƏT: Meta işçiləri ağıllı eynək istifadəçilərinin şəxsi şəkillərini izləyir

07 Mar 2026 03:06 4 baxış
IMG
3 0

Metanın süni intellektlə işləyən ağıllı eynəklərindən istifadə edən insanların ən intim şəkillərinin və həssas maliyyə məlumatlarının moderatorlar tərəfindən izlənildiyi məlum olub.

Lent.az xəbər verir ki, İsveçin “Svenska Dagbladet” qəzetinin verdiyi məlumata görə, Avropadakı Meta ağıllı eynək istifadəçiləri bilmədən böyük bir məxfilik pozuntusu ilə üzləşirlər.

Keniyada süni intellekt etiketləmə işçiləri tərəfindən tualetdə, çılpaq və ya cinsi əlaqə zamanı istifadəçilərin şəkilləri, eləcə də kredit kartı nömrələri nəzərdən keçirilir.

Şirkətin siyasəti həssas məlumatların paylaşılmaması məsuliyyətini tamamilə istifadəçinin üzərinə qoysa da, məlumatların insanlar və ya avtomatlaşdırılmış sistemlər tərəfindən nəzərdən keçirilə biləcəyini iddia edir.

Meta eynək

Xəbər lenti