Gəncə şəhərində müştəri üstündə taksi sürücüləri arasında mübahisə düşüb, onlar bir-birlərinə kəsici alətlə xəsarət yetirib.
“Report”un Qərb bürosunun məlumatına görə, Gəncədən Bakıya sərnişin daşıyan taksi sürücüləri arasında müştəri üstə mübahisə düşüb.
Nəticədə onlar bir-birlərinə kəsici alətlə xəsarət yetiriblər.
Xəsarət alan - 1980-ci il təvəllüdlü Samir Arif oğlu İsmayılov və Nadir adlı digər şəxs Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim WhatsApp kanalımıza abunə olun