IMG-LOGO

"Bank Respublika" Dövlət Vergi Xidmətinin təşkil etdiyi tədbirdə xüsusi mükafata layiq görülüb

06 Mar 2026 10:51 6 baxış
IMG

"Bank Respublika" "Bank və sığorta sahəsi üzrə məşğulluğun inkişafına verdiyi töhfəyə görə" xüsusi mükafata layiq görülüb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" mövzusunda forum keçirilib.

Forum çərçivəsində vergi sistemində müasir idarəetmə yanaşmaları, rəqəmsal həllərin tətbiqi və data əsaslı qərarvermə mexanizmləri müzakirə olunub. Bununla yanaşı, vergi qanunvericiliyində baş verən dəyişikliklər və vergi inzibatçılığında tətbiq olunan yeni yanaşmalar iştirakçılara təqdim edilib.

Forumda, müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinə xüsusi sertifikatlar təqdim olunub. "Bank Respublika" ASC Azərbaycan bank və sığorta sahəsindəki peşəkar inkişafı və məşğulluğun artırılmasına verdiyi əvəzsiz töhfələrə görə "Bank və sığorta sahəsi üzrə məşğulluğun inkişafına verdiyi töhfəyə görə" xüsusi mükafata layiq görülüb.

Mükafatı Baş nazirin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Bank Respublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimova təqdim edib.

Bu mükafat "Bank Respublika"nın əmək bazarında yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi, insan kapitalının inkişafı və sektorda uzunmüddətli məşğulluğun təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin yüksək qiymətləndirilməsinin göstəricisidir.

Xəbər lenti