Rusiyalı iş adamı Mixail Sutyaginski Qazaxıstanda axtarışa verilib. O, qətl təşkil etməkdə şübhəli bilinir.
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, Sutyaginski Cinayət Məcəlləsinin 99-cu maddəsinin ikinci hissəsi (Tamah məqsədilə törədilmiş adam öldürmə) ilə təqsirli bilinib. 30 yanvar 2024-cü ildə müttəhim qətlin təşkilində şübhəli şəxs kimi tanınıb. Məhkəmə bu şəxs barəsində qiyabi həbs qətimkan tədbiri seçib.
İş adamının axtarışı ilə bağlı məlumat fevralın 12-də Qazaxıstanın xüsusi mühasibat orqanlarının rəsmi portalında yer alıb.