Rusiya və Ukrayna arasında "200-ün 200-ə" formulu ilə hərbi qulluqçuların mübadiləsini həyata keçirilib.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
"200 Rusiya hərbçisi geri qaytarılıb. Əvəzində Ukrayna Silahlı Qüvvələrinin 200 hərbi əsiri təhvil verilib", - məlumatda bildirilib.