IMG-LOGO

Küveyt İranın Naxçıvana zərbələrini pisləyib

05 Mar 2026 15:53 3 baxış
IMG

Küveyt Xarici İşlər Nazirliyi (XİN) İranın bu gün Azərbaycana pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələri, eləcə də Türkiyə səmasında İran PUA-sının vurulması ilə bağlı dünənki insidenti pisləyib.

Bu barədə "Report" Küveyt XİN-in bəyanatına istinadən xəbər verir.

"Küveyt XİN İranın Türkiyə və Azərbaycanı hədəf almaq cəhdini qətiyyətlə pisləyir və bildirir ki, bu, beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır. Nazirlik Küveytin Türkiyə və Azərbaycanla həmrəyliyini təsdiqləyir, onların öz suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün gördükləri bütün tədbirləri dəstəkləyir", - bəyanatda bildirilib.

Xəbər lenti