IMG-LOGO

Mülki infrastruktura dron hücumu təşkil etmək acizlik əlamətidir - RƏY

05 Mar 2026 16:00 2 baxış
IMG

İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisində yerləşən mülki infrastruktura, xüsusilə mülki vətəndaşların istifadə etdiyi hava limanına dron zərbəsinin endirilməsi ciddi narahatlıq doğurur.

Bunu "Report"a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O xatırladıb ki, Azərbaycan uzun illərdir ki, qonşuluq münasibətlərində qarşılıqlı hörmət və sabitlik prinsipini əsas götürən siyasət yürüdüb:

"Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi heç bir ölkəyə qarşı təhlükə mənbəyi olmayıb və olmayacaq. Bununla yanaşı, Azərbaycan çətin məqamlarda da qonşularına qarşı humanitar və siyasi həssaslıq nümayiş etdirib. İranın Ali Liderinin vəfatı ilə bağlı Azərbaycan Prezidenti tərəfindən dərhal başsağlığı verilməsi, İran səfirliyinin ziyarət olunması və humanitar yardımın planlaşdırılması ölkənin münasibətlərdə konstruktiv və humanist yanaşmasının göstəricisidir".

Onun fikrincə, bu kontekstdə mülki infrastruktura qarşı hərbi vasitələrdən istifadə edilməsi, yəni istənilən halda istənilən mülki infrastruktura dron hücumu təşkil etmək acizlik əlamətidir:

"Beynəlxalq humanitar hüquq və müasir müharibə normaları mülki infrastruktura qarşı hücumları qəbuledilməz hesab edir. Mülki hava limanının hədəfə alınması yalnız təhlükəsizlik baxımından deyil, həm də siyasi baxımından ciddi narahatlıq yaradır.

Azərbaycan indiyə qədər regionda sabitlik və əməkdaşlıq xəttini prioritet kimi təqdim edib və uzunmüddətli təhlükəsizlik yalnız qarşılıqlı etimad vasitəsilə təmin oluna bilər. Və bir məqamı da unutmamaq lazımdır ki, Azərbaycana hücum edən istənilən aqressor hər zaman peşmanlıq yaşayıb".

Xəbər lenti