Moldova İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir.
"Report"un məlumatına görə, bu barədə Moldovanın xarici işlər naziri Mihai Popşoy bildirib.
"Moldova mülki infrastruktura yönəlmiş və dinc sakinlərin yaralanmasına səbəb olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumları qətiyyətlə pisləyir", - o yazıb.
XİN rəhbəri həmçinin qeyd edib ki, Moldova Azərbaycanla həmrəyliyini ifadə edir, onun suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiqləyir.