IMG-LOGO

Paşinyan: Rusiya hərbi bazası hələ ki, Ermənistanın Aİ-yə inteqrasiyasına maneə yaratmır

05 Mar 2026 13:46 4 baxış
IMG

Ermənistanda Rusiya hərbi bazasının mövcudluğu hələ ki, ölkənin Avropa İttifaqına (Aİ) daxil olma planlarına mane olmur.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasının yekunlarına dair brifinq zamanı bildirib.

"Bəli, Ermənistan Aİ-yə daxil olma prosesinin başlanması haqqında qanun qəbul edib. Lakin biz hələ yolun o hissəsində deyilik ki, Rusiya hərbi bazası görüş sahəmizi qapatsın. Rusiya hərbi bazasının görüş sahəmizi qapatdığını gördük isə problem yaşamamaq üçün necə hərəkət etməli olduğumuzu düşünəcəyik", - o deyib.

N.Paşinyanın sözlərinə görə, Ermənistanın Rusiyanın maraqlarına zərər vurmaq niyyəti yoxdur: "Bizim niyyətimiz yalnız Ermənistanın maraqlarını rəhbər tutmaqdır".

Xəbər lenti