IMG-LOGO

İran Naxçıvan aeroportuna dron hücumuna görə rəsmi üzrxahlıq etməlidir - RƏY

05 Mar 2026 13:51 4 baxış
IMG

İran Naxçıvan aeroportuna dron hücumuna görə rəsmi üzrxahlıq etməlidir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.

Onun sözlərinə görə, İrana qarşı hərbi əməliyyatlarda öz ərazisini poliqon etməyən, bu ölkənin ali rəhbərinin ölümü ilə bağlı başsağlığı verən Azərbaycan İranın dron zərbələrinə məruz qalır:

"Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsi vurularkən "İran özünü itirib sağa-sola dron atır, özü gedərkən başqalarını da aparmaq istəyir" demişdi. Təbii ki, qonşuluqda müharibənin başlamasının regiona və ölkəmizə mümkün təsirləri aydın idi. Azərbaycanın xarici siyasət prioritetlərindən bir də qonşularla normal münasibətin olması və qonşu ölkələrdə münaqişənin olmaması, regional sabitliyin olmasıdır. İranla münasibətlərimiz də bu günədək normal olub.

Naxçıvana dron zərbəsini qətiyyətlə pisləyirik. Zərbələr nəticəsində iki vətəndaşımız xəsarət alıb".

Milli Məclisin üzvü vurğulayıb ki, Azərbaycan ərazisinə bu hücum qeyri-dost addımdır:

"Azərbaycan öz sərhədləri daxilinə hər hansı hücuma cavab vermək hüququ və iqtidarındadır. Qarşı tərəf rəsmi üzrxahlıq etməlidir və bu kimi addımları dayandırmalıdır".

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 2 nəfər xəsarət alıb.

Xəbər lenti