İran tərəfi Moskvanın göstərdiyi siyasi dəstəkdən əlavə hər hansı yardım üçün Rusiyaya müraciət etməyib.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu halda İran tərəfindən heç bir müraciət olmayıb, bizim ardıcıl mövqeyimiz hamıya yaxşı məlumdur və burada heç bir dəyişiklik yoxdur", - o deyib.