ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı əməliyyatlar təkcə hərbi deyil, həm də iqtisadi nəticələr göstərməyə başlayıb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, mütəxəssislərin ilkin hesablamalarına görə, əməliyyatların ilk 24 saatında istifadə edilən sursat, qırıcı təyyarələrin uçuşlarının dəyəri və bölgəyə hərbi göndərişlər milyardlarla dollar xərclənib.
Qeyd olunub ki, ABŞ ordusu İrana qarşı hərbi əməliyyatın ilk 24 saatında təxminən 779 milyon dollar xərcləyib.
Eyni zamanda təyyarələrin və onlarla dəniz gəmisinin bölgədə yerləşdirilməsi əlavə 630 milyon dollara başa gəlib. Regiondakı hər bir təyyarədaşıyan qrupunun gündəlik istismar xərcləri təxminən 6,5 milyon dollardır. İlk gündən bəri ümumi xərc təxminən 2.276.000.000 dollar təşkil edib.
Vurğulanıb ki, müharibənin saatlıq dəyəri 9,16 milyon dollar, gündəlik dəyəri isə təxminən 220 milyon dollardır.