IMG-LOGO

Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb

06 Nov 2026 08:52 3 baxış
IMG

İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən iş yerlərini hədəf alan hücumlar və cinayətkar qruplaşmaların fəaliyyəti ilə bağlı əməliyyat keçirilib.

"Report" xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, İstanbul mərkəzli olmaqla 3 vilayətdə eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində 12 şübhəli saxlanılıb.

Polis orqanları cinayətlərin və cinayətkarların cəzasız qalmaması üçün bu istiqamətdə mübarizənin və əməliyyatların qətiyyətlə davam etdiriləcəyini açıqlayıb.

Mənbə: report.az

Xəbər lenti