Qarsdakı soydaşlarımızın ümidi, tezliklə Zəngəzur dəhlizi ilə Bakıya çatmaqdır.
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Qars vilayətinin valisi Ziya Polat bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi türk dövlətlərinin yolları ilə bərabər, mənəvi dünyasını da bir-birinə bağlayacaq: "Qars Türkiyənin Qafqaza açılan qapısıdır. Qarsın güclü olması Türkiyənin və türk dünyasının güclü olması deməkdir. Dövlət başçılarımızın liderliyində Zəngəzur dəhlizinin tezliklə açılmasını arzu edirik".
Ziya Polat onu da qeyd edib ki, hazırda hava şəraitinin sərt keçməsinə rəğmən Qars-İğdır-Aralık-Dilucu yüksək standartlı dəmiryol tikintisi davam edir.