ABŞ-ın İrandakı hərbi planları hazırda bu ölkədə quru qüvvələrinin istifadəsini əhatə etmir, lakin bu ehtimalı istisna etmək olmaz.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livit jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.
"Bu, hazırkı planların bir hissəsi deyil, amma prezidentin adından heç bir variantı istisna etməyəcəyəm", - deyə o, məsələ ilə bağlı suala cavab olaraq bildirib.
Bundan əvvəl ABŞ lideri Donlad Tramp "lazım gələrsə İrana quru qoşunları göndərilə bilər" ifadəsini işlədib.