IMG-LOGO

ABŞ-də Transxəzər istiqaməti və C6 formatının inkişafı müzakirə olunub

04 Mar 2026 18:28 5 baxış
IMG

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Qazaxıstan səfiri Maqjan İlyasov və Özbəkistan səfiri Furkat Sidiqovla birlikdə "Yeni və genişlənən Mərkəzi Asiya: Transxəzər istiqamətinin inkişafı üçün növbəti addımlar" adlı tədbirdə iştirak edib.

"Report"un məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinin sosial şəbəkə hesabında bildirilib.

Qeyd olunub ki, tədbir Caspian Policy Center tərəfindən təşkil edilib.

Proqram çərçivəsində C6 formatının gələcəyi, Transxəzər bağlantısının inkişafı və digər aktual regional proseslər barədə müzakirə aparılıb.

Xəbər lenti