IMG-LOGO

AMB islam maliyyəsi üzrə ilk brokerə lisenziya verib

04 Mar 2026 17:41 3 baxış
IMG

Azərbaycan Mərkəzi Bankı (AMB) "Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri" MMC-yə sığorta brokeri fəaliyyəti üçün lisenziya verib.

Bu barədə "Report"a AMB-dən bildirilib.

Şirkətin adı onun islam maliyyəsi üzrə fəaliyyət göstərəcəyindən xəbər verir.

Hazırda Azərbaycanda 16 hüquqi şəxs sığorta brokeri lisenziyasına malikdir.

Xatırladaq ki, şirkət 2025-ci ilin noyabr ayında dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, ev 20,mən 2, direktoru isə Eyvaz Cəfərlidir.

Xəbər lenti