IMG-LOGO

Keçən il Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı azalıb

04 Mar 2026 16:26 3 baxış
IMG

Keçən il Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı azalıb.

"Report" xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisdə "Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, ötən il qeydə alınan azalma dövlət orqanlarının birgə fəaliyyəti və profilaktik tədbirlərin nəticəsidir:

"Belə ki, 2022-ci ildə 18 814, 2023-cü ildə 15 622, 2024-cü ildə 13 228, 2025-ci ildə 11 558 uşaq nikahdankənar doğulub".

Xəbər lenti