IMG-LOGO

Azərbaycanda hər 100 min qadına nisbətdə məişət zorakılığı cinayətlərinin sayı 46 fakt təşkil edir

04 Mar 2026 16:33 3 baxış
IMG

Hazırda Azərbaycanda hər 100 min qadına nisbətdə məişət zorakılığı cinayətlərinin sayı 46 fakt təşkil edir.

"Report" xəbər verir ki, bunu daxili işlər nazirinin müavini İsmət Əliyev Milli Məclisdə "Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O qeyd edib ki, bu göstərici İsveçdə 200, Finlandiyada 150, Fransada 110, Niderlandda 100, Almaniyada 90, İspaniyada isə 60 fakt səviyyəsindədir:

"Ötən il ümumi cinayətlərin 8,2 %-ni qadınlara qarşı zorakılıq faktları təşkil edib. Məişət zorakılığı ilə bağlı qeydə alınmış 1 396 cinayət işi üzrə 1 413 zərərçəkmiş şəxs müəyyən edilib. Bu zəmində törədilən cinayətlərdən 1 302-si qəsdən sağlamlığa yüngül zərər vurma, 64-ü qəsdən sağlamlığa az ağır zərər vurma, 53-ü qəsdən adam öldürmə, 30-u qəsdən sağlamlığa ağır zərər vurma, 20-si adam öldürməyə cəhd, 6-sı əzab vermə, hərəsi bir fakt olmaqla öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə və qanunsuz azadlıqdan məhrumetmə, 19-u isə digər növlərdən ibarət olub".

Nazir müavini vurğulayıb ki, 2025-ci ildə bərabərlik hüququnun pozulması ilə bağlı cinayət qeydə alınmayıb:

"Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi ilə bağlı 2, məişət zəminində psixi zorakılıqla bağlı isə 4 inzibati xəta müəyyən edilib.

Qadınların təqsirləndirilən və ya zərərçəkmiş qismində tanındığı bütün cinayət işlərinin təhlili aparılaraq onları cinayətə təhrik edən amillər öyrənilir, aidiyyəti qurumlara təqdimatlar verilir. Ailə münaqişəsi zəminində daxil olmuş məlumatlar üzrə operativ tədbirlər nəticəsində 8 889 hüquqa zidd əməlin qarşısı alınıb".

Xəbər lenti