IMG-LOGO

Paşinyan: Gürcüstanın dəstəyi regionda ticarət və sülh əməkdaşlığını gücləndirir

04 Mar 2026 12:34 3 baxış
IMG

Gürcüstanın dəstəyi regionda üçtərəfli iqtisadi əməkdaşlığı gücləndirir.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə keçirdikləri Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclasından sonra səsləndirib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh Cənubi Qafqaz regionunda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir. Baş nazir Gürcüstanın bu prosesə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Bununla yanaşı Nikol Paşinyan İrakli Kobaxidzeyə təşəkkür edib:

"O, şəxsən Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləyir. Bu gün Ermənistan və Azərbaycan Gürcüstanın dəstəyi ilə iqtisadi və diplomatik əlaqələrin inkişaf etdirilməsi istiqamətində addımlar atır".

Xəbər lenti