IMG-LOGO

SEPAH: ABŞ və İsrailin 26 PUA-sı vurulub, biri ələ keçirilib

04 Mar 2026 11:53 4 baxış
IMG

İranın Hava Hücumundan Müdafiə Sistemləri (HHM) bir sutka ərzində ABŞ və İsrailin ən azı 26 müxtəlif tipli pilotsuz uçuş aparatını (PUA) vurub.

"Report" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinin məlumatında deyilir.

"İndiyə qədər ABŞ və İsrailin ümumilikdə 26 PUA-sı məhv edilib, daha biri isə silahlarla birlikdə ələ keçirilib", - məlumatda qeyd olunub.

Xəbər lenti