İranın paytaxtı Tehranda və ölkənin mərkəzi hissəsində yerləşən İsfahan şəhərində partlayışlar baş verib.
"Report"un məlumatına görə, bu barədə Tasnim agentliyi xəbər yayıb.
Partlayışların səbəbi, dağıntı və itkilər barədə heç bir məlumat yoxdur.