IMG-LOGO

SEPAH Küveytdə ABŞ hərbçilərinin olduğu yerə hücum etdiyini bildirib

04 Mar 2026 06:39 4 baxış
IMG

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə Amerika qoşunlarının yerləşdirildiyi iddia olunan əraziyə pilotsuz təyyarə hücumunu açıqlayıb.

"Report"un "Al Jazeera"yə istinadən məlumatına görə, bu barədə SEPAH qərargahının açıqlamasında bildirilir.

"Küveytdəki Amerika qoşunlarının cəmləşdiyi əraziyə bir neçə zərbə endirdik", - bəyanatda qeyd olunur. Hücumun onlarla döyüş dronu tərəfindən həyata keçirildiyi bildirilir.

ABŞ qoşunlarının heyəri arasında mümkün itkilər barədə məlumat verilmir.

Xəbər lenti